Operativ Məlumat Mərkəzi

Azərbaycanda ət bahalaşdı

2 dəq
Paylaş:
Azərbaycanda ət bahalaşdı

Azərbaycanın bölgələrində bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Xəzərxəbər-ə istinadən verdiyi xəbərə görə, Cəlilabaddakı bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Buna səbəb çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax