Əsas məzmuna keç

Azərbaycanda elektromobillərin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb

Azərbaycanda elektromobillərin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb

Bu gündən elektromobillərin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının (AVSMMİS) qaydada rəsmiləşdirilməsi tətbiq olunmağa başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İcbari Sığorta Bürosundan bildirilib. Qeyd edilib ki, elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri AVSMMİS növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə . Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.

İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.

Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…