Operativ Məlumat Mərkəzi

Azərbaycanda COVID-19-un yeni ştamları aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

2 dəq
Paylaş:
Azərbaycanda COVID-19-un yeni ştamları aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda -19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib”.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yay mövsümündə xarici ölkələrə səfərlərin artması ilə əlaqədar olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözləniləndir:

“Müxtəlif ölkələrdən olan şəxslərin , təyyarə, əyləncə məkanları kimi qapalı yerlərdə bir gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Koronavirus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşır. Bu səbəbdən variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır”.

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr