Operativ Məlumat Mərkəzi

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

2 dəq
Paylaş:
Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 17-si saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında sərhəd zastavasının ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-nin Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və tədbirləri nəticəsində Gəncə şəhər sakinləri - Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax