Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

2 dəq
Paylaş:
Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir:

"Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür".

Əlavə edilib ki, təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti olanlar var:

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb".

Məlumatda o da vurğulanıb ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

XİN həmçinin qəza ilə bağlı yaradılan qaynar xətt nömrələrini də paylaşıb:

AZAL

(+994) 12 5048280

(+994) 12 5048202

(+994) 12 5048203

Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu

+77087127016

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi

+7 7172 559621

+7 7292 319091

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax