Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN: "Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadəyə mane olan qondarma rejimdir"

2 dəq
Paylaş:
Azərbaycan XİN: "Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadəyə mane olan qondarma rejimdir"

"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsində Azərbaycanın razılığının həyata keçirilməsinə mane olan tərəfindən bölgəsində qondarma rejimdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarından eyni zamanda açılması məsələsi ilə bağlı nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında deyib.

"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir", - XİN rəsmisi qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax