Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək

2 dəq
Paylaş:
Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə Memorandumu imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.

Xatırladaq ki, Orta Dəhliz (Transxəzər Nəqliyyat Marşrutu) 2014-cü ilin fevral ayında , və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax