Operativ Məlumat Mərkəzi

Azərbaycan və Qazaxıstan dəniz piyadaları və xüsusi təyinatlıları birgə taktiki təlim keçirəcək

2 dəq
Paylaş:
Azərbaycan və Qazaxıstan dəniz piyadaları və xüsusi təyinatlıları birgə taktiki təlim keçirəcək

ilə Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" təlimi keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax