Operativ Məlumat Mərkəzi

Azərbaycan və Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib

1 dəq
Paylaş:
Azərbaycan və Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi -polkovnik Kərim Vəliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) xidmətindən məlumat verilib.

Bildirilib ki, Kərim Vəliyevin “IDEAS 2024” 12-ci Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistana səfəri zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, həmçinin strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb:

Məlumata görə, tərəflər münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax