Operativ Məlumat Mərkəzi

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

2 dəq
Paylaş:
Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Noyabrın 12-də Azərbaycanın naziri Banqladeş Xalq Respublikasının ölkəmizdəki qeyri-rezident səfiri Amanul Haqqla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüş zamanı ilə Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyini, təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, İslam Təşkilatı, D-8 çərçivəsində qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıblar. Xüsusilə iqtisadi, ticarət, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu bildirilib.

Liderlər səviyyəsində təmasların, Banqladeşin keçid hökumətinin rəhbəri, baş müşavir Məhəmməd Yunusun COP29-da iştirakı məmnunluqla xatırlanıb. Növbəti ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşləri, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən yüksəksəviyyəli təmasların artırılması, beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax