Operativ Məlumat Mərkəzi

Azərbaycan Ukraynaya 1 milyon dollar ayırdı

2 dəq
Paylaş:
Azərbaycan Ukraynaya 1 milyon dollar ayırdı

İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir. Son illər Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən bu ölkəyə bir neçə dəfə humanitar yardım göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax