Operativ Məlumat Mərkəzi

Azərbaycan Suriyaya qaz nəqlinə başlayır

1 dəq
Paylaş:
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır

Avqustun 2-dən Suriya hər gün Azərbaycandan 3.4 milyon qaz alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sana” agentliyinə istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib.

“Avqustun 2-dən Suriya Azərbaycandan Hələb vilayətinə Türkiyə ərazisi vasitəsilə 3,4 milyon kubmetr qaz almağa başlayacaq və bu, təxminən 900 meqavat enerjisi istehsalına səbəb olacaq. Bu addım elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək”, - nazir bildirib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan da məsələ ilə bağlı açıqlama verib.

A.Bayraktar deyib ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac olunacaq:

“Avqustun 2-də , Suriya və Qətərdən olan həmkarlarımla bu mərasimi Kilisdə rellaşdıracağıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax