Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib

2 dəq
Paylaş:
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib

Gürcüstanın naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, xarici işlər naziri Maka Boçorişvilinin Azərbaycana planlaşırılan rəsmi səfərinin təfərrüatlarına toxunulub. Qeyd olunub ki, tərəflər həmçinin Gürcüstan və arasında İqtisadi üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsini müzakirə ediblər.

“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticari-iqtisadi, və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirildi. Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”, - nazirliyin məlumatında qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax