Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı yayımlanacaq

1 dəq
Paylaş:
Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı yayımlanacaq

Bu gün İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.

Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçiriləcək.

ABŞ Prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar:

https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii

https://x.com/whitehouse

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax