Operativ Məlumat Mərkəzi

Azərbaycan-Pakistan “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib

2 dəq
Paylaş:
Azərbaycan-Pakistan “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib

İslamabad şəhərində Respublikasının ilə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi İdarəsinin rəisinin rəhbərlik etdiyi Pakistan İslam Respublikası Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.

Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax