Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun zabiti intihar edib

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun zabiti intihar edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə edərək özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib.

Respublikası Hərbi Prokurorluğunun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsi ilə başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax