Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun komandirləri şərti dayaq məntəqəsinin tutulması tapşırıqlarını yerinə yetirib

1 dəq
Paylaş:
Azərbaycan Ordusunun komandirləri şərti dayaq məntəqəsinin tutulması tapşırıqlarını yerinə yetirib

Müdafiə nazirinin 2024-cü il üçün planına əsasən, Ordusunda komandir toplanışları davam edir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib.

Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax