Əsas məzmuna keç

Azərbaycan Ordusunun hərbçisi yaralanıb - 11.07.2023

Azərbaycan Ordusunun hərbçisi yaralanıb - 11.07.2023

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən...

İyulun 11-i saat 16:00 radələrində silahlı qüvvələrinin bölmələri rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…