Əsas məzmuna keç

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Ordusunun hissələrində komanda-qərargah təlimləri keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə tapşırıqların icrası ilə bağlı xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb. Həmçinin qəbul edilmiş qərarlara dair kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və qərar qəbuletmə bacarıqlarının artırılmasına, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsinə yönəldilib.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…