Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri: "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır"

2 dəq
Paylaş:
Azərbaycan lideri: "Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır"

"Biz hesab ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

"- sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb", - qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax