Əsas məzmuna keç

Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub

Avqustun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel...

Avqustun 20-də Azərbaycanın naziri ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və naziri Xose Manuel Albares Bueno arasında aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, İspaniyanın xarici işlər naziri Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İqtisadi-ticarət, energetika, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İspaniyanın Baş nazirinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.

2024-cü ildə Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq, yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görüldüyü bildirilib.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…