Əsas məzmuna keç

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi açıqlanıb

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 787 məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 % az investisiya yönəldilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, hesabat dövründə neft-qaz sektoruna investisiyaların 40,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 % az olub.

Ötən ay, istifadə olunmuş investisiyanın 504,8 milyon və ya 64,1 %-i məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14,0 %-i) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Dövr ərzində əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 %-ini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 566 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…