Operativ Məlumat Mərkəzi

Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib

2 dəq
Paylaş:
Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,7 % yox, 3 % olacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna ” sənədində bildirilir.

Sənədə əsasən, dünya , ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata təsirsiz ötüşməyib və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri edib.

Belə ki, bu ilin I yarısında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makro-iqtisadi proqnozlar yenilənib. Həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3,5 % olmaqla nominal ifadədə 129,9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-i 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir.

2025-ci ilin dövlət büdcəsinin hesablamaları üçün 70 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti yenilənmiş makro-iqtisadi proqnozlarda baza ssenari üzrə eyni səviyyədə saxlanılıb. Kənd təsərrüfatı və sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 %-dən 4,6 %-ə endirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax