Operativ Məlumat Mərkəzi

Azərbaycan insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfəri İnterpol kanalları ilə axtarır

2 dəq
Paylaş:
Azərbaycan insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfəri İnterpol kanalları ilə axtarır

Hazırda insan cinayəti törətməkdə 11 (2023-cü illə müqayisədə 1 nəfər az) nəfərin İnterpol kanalları ilə axtarışı davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, hesabat ilində insan alveri (15), seksual xarakterli hərəkətlərə etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (2023-cü illə müqayisədə 9 nəfər çox) təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 (2023-cü illə müqayisədə 7 nəfər çox) , o cümlədən 3 (2023-cü illə müqayisədə 2 nəfər az) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax