Operativ Məlumat Mərkəzi

Azərbaycan gömrükçüləri İrandan Avropaya yarım ton narkotik aparılmasının qarşısını alıb

1 dəq
Paylaş:
Azərbaycan gömrükçüləri İrandan Avropaya yarım ton narkotik aparılmasının qarşısını alıb

Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük vasitəsinə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış - heroin aşkar edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax