Operativ Məlumat Mərkəzi

Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi - Yenilənib

3 dəq
Paylaş:
Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi - Yenilənib

Azərbaycanla Surinam arasında sahibləri vizadan azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev “ Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 22-si Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Bəhreyn Krallığı arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Anqola arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Cibuti arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Dominikan arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax