Operativ Məlumat Mərkəzi

Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

2 dəq
Paylaş:
Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

general-polkovnik Azərbaycanda rəsmi səfərdə olan Avstriya Federal müdafiə nazirinin doktor Arnold H.Kammelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb.

Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanın təşkilatçılığı ilə keçirilən müxtəlif kurs, seminar və treninqlərdə iştirakı yüksək qiymətləndirilib.

Müdafiə naziri avstriyalı qonağı cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.H.Kammel Azərbaycan ilə Avstriya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti müzakirə edilib, birgə hərbi əməkdaşlığın inkişafında qərargah görüşlərinin və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax