Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərə media-tur təşkil olunub

2 dəq
Paylaş:
Azad edilmiş ərazilərə media-tur təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə edilən ərazilərdə edən qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə nümayəndələri üçün növbəti mediatur edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət eməkdən qürur duyduqlarını bildiriblər.

Mediatur çərçivəsində azad olunmuş ərazilərdə xidmət edən bir qrup qadın hərbi qulluqçuya və mülki işçiyə, o cümlədən tədbirdə iştirak edən qadın jurnalistə gül dəstələri və hədiyyələr təqdim olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax