Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb

İşğaldan azad ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan barədə məlumat açıqlanıb.

Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 Partlamamış Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 5 622,9 hektar mina və PHS-lərdən təmizlənib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax