Əsas məzmuna keç

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb

İşğaldan azad ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı məlumat açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…