Əsas məzmuna keç

AYNA: COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb

AYNA: COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfransının 29-cu sessiyasının (COP29) 4-cü günündə edilmiş 18 Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən “BakuBus”, Bakı Taksi , “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.

Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…