Operativ Məlumat Mərkəzi

AYNA-dan zolaqlarla bağlı YENİLİK

1 dəq
Paylaş:
AYNA-dan zolaqlarla bağlı YENİLİK

Rəqəmsal İnkişaf və Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını quraşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AYNA-ya istinadən xəbər verir.

Beləliklə, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Məlumata görə, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib. Zolaqlar istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır.

AYNA hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağıraraq, bildirib ki, mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax