Operativ Məlumat Mərkəzi

Avtomobildə beşbarmaq və narkotik aşkarlanıb

1 dəq
Paylaş:
Avtomobildə beşbarmaq və narkotik aşkarlanıb

DİN-in Baş Dövlət İdarəsinin postunda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

BDYPİ-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, YPX Alayının Salyan rayonu ərazisində stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb. Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan - qurudulmuş marixuana və 1 ədəd beşbarmaq aşkarlanıb. Sürücü vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax