Operativ Məlumat Mərkəzi

Avtomobil alqı-satqısı adı altında 21 min manatlıq dələduzluq edilib

1 dəq
Paylaş:
Avtomobil alqı-satqısı adı altında 21 min manatlıq dələduzluq edilib

Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayon İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməlini törətməkdə şübhəli bilinən 21 E.Qulamov saxlanılıb.

Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax