Əsas məzmuna keç

Avstraliya ABŞ-dən səkkiz nüvə sualtı qayığı alır

Avstraliya ABŞ-dən səkkiz nüvə sualtı qayığı alır

100 milyard dollara ABŞ-dən səkkiz nüvə qayıq almağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" "9 News" xəbər portalına istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni federal hökumətin 100 milyard dollara səkkiz ABŞ gəmisinin alınmasını nəzərdə tutan sazişə sadiqliyini bir daha təsdiqləyib.

Albaneze qabaqcıl texnika ilə bağlı xarici müttəfiqlərdən asılılığın qarşısını almaq üçün yerli müdafiə istehsalı müəssisələrinin genişləndirilməsinə də söz verib.

Xatırladaq ki, 2021-ci ilin sentyabırnda ABŞ, Avstraliya, Böyük Britaniya arasında Asiya və Sakit okean regionunda Çin təhlükəsinə qarşı AUKUS sazişi imzalanıb. Onun şərtlərinə görə, Avstraliya ABŞ texnologiyası ilə adi silahlarla təchiz olunmuş azı 8 ədəd nüvə sualtı inşa edəcək, ordusunu ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcək. Bununla bağlı Avstraliya Fransa ilə 12 sualtı qayığın tikintisi barədə qüvvədə olan 50 milyard avroluq müqaviləyə birtərəfli şəkildə xitam verib. Hazırda Avstraliya dəniz qüvvələrində nüvə sualtı qayığı yoxdur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…