Operativ Məlumat Mərkəzi

Avropa Parlamenti İsraili Qəzzada soyqırımda ittiham etdi

2 dəq
Paylaş:
Avropa Parlamenti İsraili Qəzzada soyqırımda ittiham etdi

Avropa Parlamentindəki Sosialistlər, Solçular və Yaşıllar fraksiyalarının liderləri Avropa İttifaqı rəhbərliyinə ünvanladıqları məktubda İsraili törətməkdə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nüfuzlu “” nəşri məlumat yayıb.

Məktub Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, Aİ-nin xarici siyasət və məsələləri üzrə yeni nümayəndəsi Kaja Kallasa və Avropa Şurasının sədri Antonio Kostaya ünvanlanıb. Sənəddə deyilir:

“Vəziyyəti sadəcə humanitar fövqəladə hal kimi qiymətləndirmək mümkün deyil – Qəzzada soyqırım törədildiyinə dair təkzibolunmaz sübutlar var. Lakin Avropa Komissiyası və Avropa Şurası indiyə qədər bu cinayətə müqavilələrimizin və dəyərlərimizin tələb etdiyi şəkildə cavab verə bilməyib”.

Fraksiya rəhbərləri Avropa İttifaqını İsrailə qarşı konkret və qəti tədbirlər görməyə çağırıblar.

"Politico"ya danışan Avropa rəsmilərindən biri bildirib ki, Qəzzada aclığın süni şəkildə yaradıldığına dair faktlar mövcuddur və bu vəziyyət 1994-cü ildə Ruandada tutsilərin kütləvi şəkildə qətlə yetirilməsi ilə paralellik təşkil edir:

“Biz Qəzzada süni şəkildə yaradılmış aclığın şahidi oluruq”.

Hazırda Avropa İttifaqı daxilində bu məsələ ətrafında fikir ayrılığı hökm sürür. Bir çox üzv dövlət İsrailə dəstəyini davam etdirir, digərləri isə mülki əhalinin vəziyyətini əsas gətirərək, rəsmi Tel-Əvivə qarşı sanksiyaların tətbiqini tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax