Operativ Məlumat Mərkəzi

"ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək"

2 dəq
Paylaş:
"ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək"

Azərbaycanın naziri ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin hesabında yazılıb.

Qeyd olunub ki, nazir Azərbaycanın dünyada sülh, , dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.

XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamafobiya daxil olmaqla, etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.

C.Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.

XİN başçısı iştirakçılara Azərbaycanla arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.

C.Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax