Operativ Məlumat Mərkəzi

Astarada atasını qəsdən öldürməkdə şübhəli bilinən qadın tutulub

1 dəq
Paylaş:
Astarada atasını qəsdən öldürməkdə şübhəli bilinən qadın tutulub

Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini, 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanaraq aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Astara Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaq- tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı müəyyən edilib. R.Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax