Operativ Məlumat Mərkəzi

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

1 dəq
Paylaş:
Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO

Astara Gömrük İdarəsində külli miqdarda aşkar qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkə ərazisindən keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü daşıyan vasitəsində 58 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana aşkar olunub. Ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobili kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasından keçirilib. Nəticədə nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax