Operativ Məlumat Mərkəzi

Aşağı Güzdəkdə ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkarlanıb

1 dəq
Paylaş:
Aşağı Güzdəkdə ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkarlanıb

Aşağı Güzdək qəsəbəsində ətraf tullantıları ilə daş sexi aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Aşağı Güzdək qəsəbəsində daş sexlərindən birində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax