Əsas məzmuna keç

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlim başa çatıb. Bu barədə "Operativ...

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən atışlı təlim başa çatıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldildiyi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…