Əsas məzmuna keç

"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb

"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb

İntizam Komitəsi "Araz-Naxçıvan"ın Elmar Baxşıyevi 3-ü olmaqla 5 oyunluq cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna mütəxəssisin "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Premyer Liqanın IV tur matçında rəqibi təhqir etməsi səbəb olub.

Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçına təmsilçisi bu hərəkətə görə 4000 manat cərimələnib.

Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.

Bundan əlavə, "Araz-Naxçıvan" dörd futbolçusu vərəqə aldığı üçün də 700 manat ziyana düşüb. "Neftçi" də altı sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…