Operativ Məlumat Mərkəzi

Araqçi və Lavrov sabah Çində İranın nüvə məsələsini müzakirə edəcək

1 dəq
Paylaş:
Araqçi və Lavrov sabah Çində İranın nüvə məsələsini müzakirə edəcək

İran naziri Abbas Araqçi rusiyalı Sergey Lavrovla görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, görüş Çində Şanxay Təşkilatının nazirlər toplantısı çərçivəsində baş tutacaq.

“İran və Rusiya iki strateji tərəfdaş kimi ikitərəfli məsələlər, hadisələrlə bağlı məsləhətləşmələr üçün hər fürsətdən istifadə edirlər. Sabah iki ölkənin xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı çərçivəsində görüşəcək. Gündəmdə ikitərəfli məsələlərlə yanaşı, İranın nüvə problemi də daxil olmaqla regional hadisələr olacaq”, - İran XİN rəsmisi qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax