Operativ Məlumat Mərkəzi

FAKTİKİ HAVA açıqlandı - 38 dərəcə isti olub

1 dəq
Paylaş:
FAKTİKİ HAVA açıqlandı - 38 dərəcə isti olub

Avqustun 5-i saat 9:00-a olan məlumata görə, Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin Quba-Qusar bölgəsinin ərazilərində qısamüddətli yağış yağıb, çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax