Əsas məzmuna keç

Aprelin 20-də buraxılış imtahanı keçiriləcək

Aprelin 20-də buraxılış imtahanı keçiriləcək

Aprelin 20-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanı keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd olunub ki, Bakı şəhəri Xəzər (I zona), Sabunçu (I zona), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I zona), Gəncə (II zona), Mingəçevir, Lənkəran (II zona) şəhərlərində, (I zona), Daşkəsən, Şəmkir (I zona), Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I zona), Masallı (I zona), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I zona), Quba (I zona) rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün nəzərdə tutulub.

Buraxılış imtahanında iştirak edəcək bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə .

Şagirdlər iş nömrəsini bu linkdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…