Operativ Məlumat Mərkəzi

ANAMA sədrinin müavini BMTİP nümayəndə heyəti ilə görüşüb

2 dəq
Paylaş:
ANAMA sədrinin müavini BMTİP nümayəndə heyəti ilə görüşüb

Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov Təşkilatının İnkişaf Proqramının (BMTİP) ilə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin yaradılması üzrə BMTİP-nin məsləhətçisi Yan Mansfildin də iştirak etdiyi görüşün başlıca məqsədi həmin Mərkəzin yaradılması və resursların artırılması, eləcə də bu istiqamətdə bilik və bacarıq mübadiləsinin gücləndirilməsinə dair müzakirələrdən ibarət olub.

Görüş çərçivəsində eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, onun aradan qaldırılması istiqamətində imkanlarının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax