Operativ Məlumat Mərkəzi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

1 dəq
Paylaş:
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu aprelin 27-də azad Şuşa rayonunun Qaybalı kəndi ərazisində vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub, hazırda vəziyyəti stabildir.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax