Operativ Məlumat Mərkəzi

ANAMA işçilərinin sayı 1400-ə çatdırılıb

2 dəq
Paylaş:
ANAMA işçilərinin sayı 1400-ə çatdırılıb

“300 nəfər şəxsi heyətlə ANAMA-nın artıq 1400 işçisi var”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci texniki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, mina bizim üçün başlıca problemdir.

“Məcburi köçkünlərin ərazilərinə qayıtmasına böyük əngəldir. Ancaq Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini özünə prioritet götürüb. Minatəmizləmə fəaliyyəti quruculu-bərpa işlərinə birbaşa təsir edən amildir. Ərazidə minatəmizləyənlər üçün də üçün vacib məsələdir".

Rüfət Məmmədov vurğulayıb ki, ANAMA-ya kifayət qədər böyük investisiyalar qoyulub.

“Biz Agentliyin potensialı 20 dəfə artırmışıq. 300 nəfər şəxsi heyətlə başlayan qurumun artıq 1400 işçisi var. Gələn il də işçilərin sayının artırılması gözlənilir. , Sərhəd qoşunları da minatəmizləmə ilə bağlı təlimatlandırılıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax