Operativ Məlumat Mərkəzi

ANAMA əməkdaşı Qazaxda minaya düşüb

1 dəq
Paylaş:
ANAMA əməkdaşı Qazaxda minaya düşüb

İşgaldan azad Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina hadisəsi baș verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata görə, Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Elnur Oruc oğlu vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax