Operativ Məlumat Mərkəzi

AMEA Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib

2 dəq
Paylaş:
AMEA Elm Gününün keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib

Milli Elmlər Akademiyası (AMEA) Heyətinin növbəti iclası keçirilib, Elm Gününün keçirilməsi ilə bağlı verilib.

AMEA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

Akademik İsa Həbibbəyli bildirib ki, bu il AMEA-ya dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” və “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək müvafiq tapşırıqlar verilib.

Daha sonra fevralın 29-da AMEA-nın Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.

İclasda 27 mart - Elm Gününə hazırlıq haqqında da müzakirələr aparılıb və İsa Həbibbəyli Elm Gününün yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə kriptoqrafiya sahəsində elmi araşdırmaların əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb, həmçinin AMEA-nın Tarix və Etnologiya və Arxeologiya və Antropologiya institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi qərara alınıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax